İşgəncəyə məruz qalan ərdəbilli fəal xəstəxanaya yerləşdirildi

İşgəncəyə məruz qalan ərdəbilli fəal xəstəxanaya yerləşdirildi

Əsra Pənahinin 40 mərasimində iştirak etdiyinə görə saxlanılan ərdəbilli milli fəal Nəvid Əkbəri xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, saxlanıldıqdan sonra ETTELAAT təcridxanasına köçürülən fəalın dindirilmə zamanı ağır işgəncələrə məruz qaldığı bildirilir. Nəticədə isə fəalın vəziyyəti pisləşib.

Qeyd edək ki, hökumət məmurları tərəfindən öldürülən 16 yaşlı Əsra Pənahinin 40 mərasimi noyabrın 18-də keçirilib. Mərasimdə iştirak edən çox sayda insan həbs edilib.

Teqlər: