İşgəncələrə Qarşı Komitə Şəmkirdə özünü doğrayıb öldürən şəxsə işgəncə verilməsi faktını araşdırıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şəmkir rayonunda qolunu
doğrayaraq xəstəxanada ölən şəxsin işgəncələrə məruz qalması ilə
bağlı faktı araşdırıb.

Komitənin sədr müavini Elçin Şirinov AzerTimes-a açıqlamasında
bildirib ki, məsələ ilə bağlı komitə rəhbərliyi hadisə yerində
olub.

Mayın 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir
qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov
tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.
Müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə
gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdiklərini
gördükdə vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq
onu sakitləşdirməyə çalışıb. Lakin A. Cabbarov öz aqressiv
hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe
olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındırıb, həmin şüşə
ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona
ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına
çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Arzu
Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat
edib. Hadisə Daxili İşlər Nazirliyinin və Respublika Baş
Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.

Məsələ ilə bağlı komitə rəhbərliyi olaraq hadisə yerində olduq
və araşdırma apardıq. Aparılan araşdırma zamanı həmin şəxsə qarşı
hər hansısa bir işgəncə faktı aşkar edilmədi”, – E.Şirinov
bildirib.

Teqlər: