Xəbər - Samir Əli – Trend:
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Biləsuvar, Cəllabad, Masallı, Lənkaran, Astara, Lerik, Yardımlı, Neftçala və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində başçəkmələr həyata keçirib.
Bu barədə AzerTimes-a komitə sədri Tural Hüseynov məlumat verib.
O bildirib ki, BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, cəza əleyhinə Konvensiyasının Fakültativ protokolu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin, rəftarın, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının öyrənilməsi olub:
“Başçəkməni mənimlə birlikdə komitənin hüquq söbəsinin müdürü Rövşən Məmmədov keçirdik. Başçəkmə zamanı saxlanılan şəxslərin kameralarına, istintaq, tibb, ibadət, görüş və gəzinti sahələrinə baxış keçirildi. Monitorinq zamanı saxlanılan şəxslər fərdi qəbul edildi, hüquqlarının təmin olunması vəziyyəti araşdırıldı. Başçəkmələrin yekununda məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, tövsiyə xarakterli məsləhətlər verildi. Həmçinin Covid -19 pandemiyasına qarşı sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırıldı. Monitorinqin nəticəsi olaraq müvəqqəti saxlanma yerlərində vəziyyət qənaətbəxş qiymətləndirildi. Monitirinqin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq”.