İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” mövqeyinə qarşı bəyanat yayıb

Xəbər - Samir Əli – Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıb.

Komitədən AzerTimes-a göndərilən bəyanatda bildirilir ki, uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə, bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər: “Ən əsas məsələ odur ki, indi ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb-endirməklə tarixdə heç biz zaman olmayan uydurma “soyqırımı”nın guya olduğu barədə sənədlər qəbul edirlər. Bu yerdə təəccüb doğuran odur ki, həmin əl qaldıranlar tarix kitabının belə bir səhifəsini oxumadıqları halda “tarixçi” rolunda çıxış etməklə, təkcə məsuliyyətsizlik deyil, tarixi faktlara, materiallara hörmətsizlik, tarixi inkar etmək kimi məsuliyyətdən qaçırlar. Ancaq əsl, gerçək tarix heç də onların bilmədikləri tarixə əl qaldırmaq deyil. Əsl, gerçəklikdə uydurma “soyqırımı”nın olmamasıdır.

ABŞ özünü demokratiyanin beşiyi kimi təqdim etdiyi halda, bizim ən yeni tariximiz olan, ermənilər tərəfindən bizə qarşıi insanlığa sigmayan vəhşicəsinə törədilən Xocalı soyqırımını tanımamamaqla, hec bir tarixi əsasi olmayan qondarma erməni “soyqırımını” tanımaqla insan huquq və əsas azadlıqlarına zidd olan , demokratiyaya qarşi oz qərəzli movqeyini nümayiş etdirirlər.

Qondarma “24 aprel məsələsi” ermənilər tərəfindən “soyqırım” günü kimi qeyd edilsə də, aparılan tədqiqatlarda ermənilərin uydurmalarının tam əsassız olduğu sübuta yetirilib”.

Teqlər: