İşgəncə verilən güneyli intihar etdi – Foto

İşgəncə verilən güneyli intihar etdi – Foto

İranda işgəncə verilən güneyli Yəlda Ağafəzli intihar edib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, Tehranın Qərçək zindanında saxlanıldığı zaman fiziki və psixoloji təzyiqlərlə üzləşib.

Əslən Ərdəbil əyalətinin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa həbsxanadan buraxıldıqdan sonra intihar edərək həyatına son qoyub.

Noyabrın 12-də dəfn mərasimi keçirilən gəncin ailəsinə basqı edildiyi, yas mərasiminin məhdud sayda insanla və səssiz keçirilməsi barədə xəbərdarlıq edildiyi və mərasimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında təşkil olunduğu qeyd edilir.

Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik idarəsinin təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Noyabrın 11-də intihar edən gəncin həbsxanada qarşılaşdığı zorakılıq və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.

Teqlər: