İşgəncə görən soydaşlarımız dodaqlarını tikdi

İşgəncə görən soydaşlarımız dodaqlarını tikdi

Cənubi Azərbaycanın Məlikan şəhərindən olan azərbaycanlı fəallar Səid İlxani və Cəfər Fəthiyə ağır işgəncə verilib.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Səid İlxaninin əli sındırılıb, Cəfər Fəthi isə baş nahiyəsindən çox ağır xəsarət alıb. Onlar edilən haqsızlara etiraz kimi öz dodaqlarını tikib və quru aclıq aksiyasına başlayıblar. Hazırda məhbuslar Marağa həbsxanasının təkadamlıq kameralarında saxlanılır.

Qeyd edək ki, Səid İlxani 8 oktyabrda Məlikan Universitetində həbs edilib, Cəfər Fəthi isə şəhərdə keçirilən mitinqlər zamanı saxlanılıb.

Teqlər: