Baş nazir Əli əsədov İşğaldan azad olunmuş ərazilərdə
tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad
olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında
Əsasnamə”nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.
Qərarla “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti
reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il
12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci
bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
– İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti
reyestri yaradılsın.
– “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti
reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki,
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170
nömrəli Fərmanının müvafiq olaraq
7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma
işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay
müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinə təhvil versinlər.