Xəbər - İlhamə İsabalayeva-Trend:
İşğaldan azad olunmuş ərazilərdə meşə bərpa işlərinin aparılması üçün xüsusi proqram hazırlanır.
AzerTimes-ın məlumatına görə, bunu ETSN yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı” proqramında deyib.
O bildirib ki, meşə bərpa işlərinin meşə fondu ərazilərinin minalardan təmizlənməsindən sonra aparılması nəzərdə tutulur.