Xəbər - Çingiz Səfərli – Trend:
İşğaldan azad olunmuş ərazilərdə son bir ildə başlamış işlər növbəti ildə də qrafikə uyğun davam etdiriləcək.
AzerTimes xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu işlər ilk növbədə, Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa, qəbul edilmiş xüsusi dövlət proqramı əsasında görüləcək.
“2030 Milli İnkişaf Prioritetləri adlı sənəddə qayıdışla bağlı hədəflər əks olunub. Həm dədə-baba yurduna qayıdan vətəndaşlarımızın reinteqrasiya olunması, həm də onların tam fəaliyyətinin təşkili və s. istiqamətlərdə tədbirlər sənəddə göstərilmiş qaydada icra olunmağa davam edəcək. Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi prosesi davam edir”, – o bildirib.
E.Hüseynov qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolu layihəsinin icrası qrafikə uyğun növbəti ildə davam etdiriləcək.
“Vətəndaşlarımızın tez bir zamananda qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihə gələn il də davam etdiriləcək. Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, müvafiq olaraq həm kiçik, həm də orta biznes nümayəndələri üçün şərait yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər”, – o əlavə edib