Xəbər - Fərid Zöhrabov – Trend:
İşğaldan azad olunan ərazilərimizdə 800-ə yaxın arxeoloji abidə mövcuddur. Bunlardan Azıx mağarası, Tağlar mağarası dünya əhəmiyyətli mağaralardır.
Bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov deyib.
“O bildirib ki, erməni işğalçıları torpaqlarımız işğal edəndə Azıx mağarasını silah-sursat anbarı eləmişdilər. Sonradan erməni arxeoloqları və onların tutduqları muzdlu arxeoloqlar tərəfindən Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparıblar. Ermənilər burada “öz əcdadlarının izlərini” axtarırdılar. Amma bütün dünya bilirdi ki, Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsidir. Torpaqlarımız keçən il erməni işğalndan azad olunduqdan sonra şahid olduq ki, ermənilər yalnız Azıx mağarasında deyil, işğal altında olan digər mağaralarımızda da analoji saxtakarlıq işləri həyata keçirib, qanunsuz qazıntılar aparıblar. Ümumilikdə Azıx mağarası və digər mağaralarımız, arxeoloji abidələrimiz yenidən tədqiq olunmalıdır.
Azıx mağarasında bərpa işləri aparılmalı və mağara açıq hava altında muzeyə çevrilməlidir. Bu Qarabağın turizminə müsbət təsir edə bilər. Ərazi tam təhlükəsiz hala gəldikdən sonra düşünürəm həmin yerlərdə elmi – tədqiqat işləri aparılacaq.”