İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq

Xəbər - Samir Əli – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunan ərazilərdə heyvanların rentraduksiya tədbirlərini davam etdirəcək.

Bunu AzerTimes-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:

“Bildiyiniz kimi, biz Şirvan Milli Parkında yetişdirilən ceyranları Acınohur çölünə buraxmışıq. Bu istiqamətdə təcrübə var. Biz həmin heyvanları işğaldan azad olunan ərazilərdə də buraxmaq istəyirik. Təbii ki, bunun üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirlər görüləndən və ərazilər minalardan təmizlənəndən sonra bu tədbirlər də geniş vüsət alacaq”.

Teqlər: