İşğaldan azad olunan ərazilərdə xarici mütəxəssislər artıq monitorinqlərə başlayıb – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

Torpaqlarımızın azad olunması həmin ərazilərin monitorinqinə şərait yaradıb, yerli və xarici mütəxəssislər artıq monitorinqlərə başlayıb.

AzerTimes-ın məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.


O bildirib ki, hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır: “Ərazidə fauna və floraya dəymiş ziyanlar müəyyən edilir, məhv edilən yaşıllıqların ərazisi dəqiqləşdirilir”.

Teqlər: