Xəbər - Elçin Mehdiyev – Trend:
Hər zaman olduğu kimi, işğaldan azad edilmiş torpaqların bərpasında da Azərbaycanın yanında olacağıq.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, onlar Azərbaycana dəstək vermək üçün gəliblər: “İşğaldan azad edilmiş bölgələrin bərpası, oradan olan insanların köçürülməsi üçün hər cür dəstəyi verəcəyik”.
Komissiya sədri qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.