Xəbər - Elçin Mehdiyev – Trend:
Ağdam ölkəmizdə iqtisadi potensialının böyüklüyünə görə seçilən rayonlarımızdandır. Nəzərə alsaq ki, torpaq sahəsinin 92 faizindən çoxu məhsuldar olan Ağdan rayonu eyni zamanda böyük sənaye potensialına malikdir. Bu koteksdə həm Ağdam, həm işğaldan azad edilmiş digər ərazilərimizin Baş planının hazırlanması və artıq Ağdamın Baş planının təsdiq edilməsi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin başlamasından xəbər verir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, azad edilmiş ərazilərimizdə əslində bərpa və yenidənqurma işləri bir müddət öncə başlamışdı, ancaq Baş planın təsdiq edilməsi işğaldan azad edilmiş şəhərlərimizin və rayonlarımızın daha qısa zaman ərzində bərpasına və yenidənqurulmasına və həyatın daha tez zamanda həmin ərazilərə qayıtmasına imkan verəcək: “Eyni zamanda, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaına uyğun olaraq qurulacaq, bunun üstünlüyü ondan ibarət olacaq ki, işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənayeni inkişaf etdirmək mümkün olacaq. Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir. Nəzərə alsaq ki, sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur, bu konteksdə, işğaldan azad edilmiş ərazilərimizdə dörd iqtisadi mərkəzin formalaşdırılması həyata keçiriləcək və bu da sənaye də daxil olmaqla fərqli sektorlarını inkişafına zəmin yaradacaq.
Eyni zamanda, “ağıllı şəhər” və “ağıllı kənd” modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, sosial xidmətlərə əlçatanlığı genişləndirəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatının da böyük töhfə vercək”.