Baklı. Çingiz Səfərli – Trend:
2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 20 165 ha sahə minadan təmizlənib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib.
“İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir. Bildiyiniz kimi, ölkə ərazisində minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 sentyabr tarixli Fərmanı var. Sənədə əsasən, tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və keyfiyyətlə tamamlanmasına nəzarət ANAMA-ya həvalə edilib”, – deyə qeyd edilib.