Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və insanların oraya qaytarılması Azərbaycanın qarşısında duran prioritet məsələdir.
AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələri zamanı deyib.
Ş.Mövsümov bildirib ki, Azərbaycan ərazilərin bərpası istiqamətində böyük işlər görür:
“Bizim növbəti prioritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları oraya qaytarmalıyıq”.
Prezidentin köməkçisi əlavə edib ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq: “Kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəyə qayıtmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”.