İşğaldan azad edilmiş ərazilərin bərpa sürəti heyrətləndirir – Rumıniya baş nazirinin müşaviri

Şuşa. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti
heyrətləndirir.

Bunu Trend
Rumıniya baş nazirinin müşaviri Yulian Çifu Şuşada “Cənubi Qafqazda
inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində
deyib.

Y.Çifu bildirib ki, bu, onun azad edilmiş ərazilərə ilk səfəri
deyil, ötən il o, Şuşada və Ağdam rayonunda olub.

“Səfərimdən bir il sonra ərazilərin necə dəyişdiyini dəqiq
görmək olur. Bu ərazilərin bərpası prosesi sürətlə davam edir.
Otuzillik işğal dövründə dağıdılan hər şey sürətlə bərpa olunur”, –
deyə o bildirib.

Müşavir, həmçinin, Füzuli Beynəlxalq Hava Limanında da olduğunu
deyib.

İnfrastruktur layihələrinin, yolların tikintisinə böyükl maliyyə
qoyulub və bu, çox yaxşıdır. Bütün dünyada zəruri infrastrukturun
bu cür sürətlə yaradılması üzrə bir neçə nümunə göstərmək olar və
Qarabağ bu nümunələrdən biridir”, – müşavir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: