İşğaldan azad edilmiş ərazilərdə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının strukturları yaradılır

Xəbər - Asif Mehman – Trend:

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb

AzerTimes-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanlarının müvafiq strukturlarının yaradılması və onların maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2021-ci ilin martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2022-2025-ci illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2021-ci il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

Teqlər: