Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii resursların iqtisadi aktivliyə cəlb edilməsi prosesi gedir.
AzerTimes xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazı Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
O qeyd edib ki, Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə 227 nəfər işlə təmin edilib:
“Bu yaxşı bir göstəricidir, nəzərə alsaq ki, həmin müəssisə hələ tam gücü ilə işləmir. Bu proses davam edir”.
“Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 70 obyektin istifadəyə verilməsi nəticəsində 1 009 nəfər işlə təmin ediləcək. Bu ərazilərdə, əsasən məskunlaşma gedən yerlərdə bütün sahələrdə iqtisadi aktivliyin artırılması əsas hədəfdir”, – Ə.Məmmədov bildirib.