İşğaldan azad edilmiş ərazilərdə 1500 kilometr yol çəkilib.
AzerTimes-ın məlumatına bunu Baş nazir Əli Əsədov parlamentin bu gün
keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman
deyib.
“Qarabağın dirçəldilməsi və didərgin düşmüş soydaşlarımızın
oraya qaytarılması üçün layiqli həyat şəraiti yaradılmalıdır. Bu,
bizim üçün bir nömrəli məsələdir. Təbii olaraq, digər rayonlarda
yaşayan insanların da həyat səviyyəsinin yaxşılaşdırılması
prioritet məsələlərdən biridir. Bütün regionlara yanaşma eynidir.
Müəyyən texniki səbəblərə görə rəqəmlərdə bir az fərq ola bilər,
amma ümumilikdə yanaşma eynidir”, – deyə o bildirib.