İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib – Hikmət Hacıyev

Aİ, BMT və Dünya Bankının birgə “Bərpa və sülh quruculuğunun
qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq.

Trend xəbər
verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev tviter səhifəsində etdiyi paylaşımda bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səhra missiyası işğaldan
azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata
keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma
gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi
vacibdir.

Teqlər: