İşğaldan azad edilən Ağdamda torpaq sahələri yazlıq əkinə hazırlanır – RƏSMİ

Xəbər - Samir Əli – Trend:

Ağdam rayonunun işğaldan azad edilən ərazilərində yazlıq əkinə hazırlıq gedir.

Bu barədə AzerTimes-a Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib.

O bildirib ki, artıq minalardan təmizlənmiş bir neçə kəndin əkin sahəsi yazlıq əkinə hazırlanır: “Rayonun Maqsudlu, Sarıcalı, Ağdamkənd, İsmayılbəyli və digər kəndlərinin ərazisi təmizlənib. Yaxın vaxtlarda ərazidə yazlıq əkin prosesinə start veriləcək”.


A.Əliyev bildirib ki, işğaldan azad olunan 2 190 hektar ərazi minalardan təmizlənərək orada taxıl əkilib.

Teqlər: