1 milyon 200 minə yaxın insan hələ də Ukraynanın işğal olunmuş ərazilərində qalır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşuk deyib.
“Ən azı mən bilirəm ki, hazırda təxminən 300 min nəfər Donetsk vilayətindədir. Təxminən 500 min nəfər Xersonda, 350 min isə Zaporojye vilayətindədir. İndi Xarkov vilayətinin bir hissəsi azad edilib, yəni insanların çoxu artıq belə desək, özbaşına evakuasiya ola və ya bizim evakuasiya avtobuslarımızı, nəqliyyat vasitələrini gözləyə biləcəklər”, – nazir söyləyib.