İşğal olunmuş ərazilərdə dərman yoxdur, lakin Rusiya dərmanların çatdırılması üçün dəhlizləri açmaqdan imtina edir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın səhiyyə naziri Viktor Lyaşko deyib.
“İşğalçı hakimiyyət öz əməlləri ilə insanlığa qarşı cinayət törədir. Bütün bu altı ay ərzində ruslar humanitar dəhlizlərin açılmasına razılıq vermədilər ki, ehtiyacı olan xəstələri dərmanla təmin edək”, – nazir deyib.
Məlumatda bildirilir ki, dərman çatışmazlığı və lazımi tibbi xidmətin olmaması səbəbindən işğal altında olan Mariupolda ölüm halları 5 dəfə artıb.