İşğalda olan kəndlərimizlə bağlı hərəkətlənmə…

İşğalda olan kəndlərimizlə bağlı hərəkətlənmə…

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Məlumata görə, Baş nazir Nikol Paşinyan mətbuat konfransında belə yolların xüsusilə Yuxarı Əskiparada olduğunu bildirib.

Erməni mediası yazır ki, “kiçik bir hissə de-yure sərhəd xəttini keçir və sonra yenidən Ermənistan ərazisinə daxil olur. Söhbət yolun Gürcüstana gedən hissəsindən gedir”.

Baş nazirin sözlərinə görə, əvvəllər Bakı ilə danışıqlar zamanı ərazi mübadiləsi ilə bu hissənin Ermənistan üçün saxlanılmasının mümkün olduğunu istisna edilmirdi. Lakin sonra o, bundan əlavə qeyri-müəyyənliklər yaratdığına görə imtina edildiyini vurğulayıb. Ona görə də Paşinyan hesab edir ki, yeni yolun tikintisi daha yaxşıdır.

“Yeri gəlmişkən, Kadastr Komitəsinin xəritəsinə görə, Ermənistanla Azərbaycan sərhədi Kirants kəndi yaxınlığındakı körpü ilə keçir. Lakin Quql xəritələrinə görə, Azərbaycan ərazisi Ermənistanın 100 metrdən də çox dərinliyinə gedir”, – xəbərdə deyilir.

Teqlər: