İşğala qədərki dövrdə Xocavənddə təbiət abidəsi statusuna malik ağacların sayı açıqlanıb

Xocavənd. Samir Əli – Trend:

İşğala qədərki dövrdə Xocavənddə təbiət abidəsi statusuna malik ağacların sayı açıqlanıb

AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Xocavənd rayonu biomüxtəfliyinin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir.

Nazir müavininin sözlərinə görə, işğal dövrünədək rayonda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil etmiş və bunun 20403 hektarı meşə ilə örtülü olub: “Peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib. İşğala qədərki dövrdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac ( 7 ədəd şərq çinarı, 5 ədəd azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları) və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub.

Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb”.

Teqlər: