İşğal müddətində Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsi dəhşətli cinayətdir.
Bunu AzerTimes-a amerikalı ekspert Piter Teys deyib.
O xatırladıb ki, iyulun 8-də azad edilmiş Füzuli rayonunda mina partlayışı nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, biri isə ağır yaralanıb:
“Avropa İttifaqı Ermənistanın törətdiyi dəhşətli cinayətləri mühakimə etməli və Yerevanı bütün mina xəritələrini verməyə çağırmalıdır. Aİ və NATO-nun susqunluğunu qoruması və Cənubi Qafqazda, bütün Avropa üçün iqtisadi və geostrateji əhəmiyyət daşıyan regionda beynəlxalq hüququ müdafiə etməməsi məni şoka salıb”.
(Tərcümə: Orxan Nəbiyev)