Ağdam. Elçin Mehdiyev – Trend:
Qarabağın işğalı dövründə tarixi-memarlıq abidələrimiz ermənilər tərəfindən ciddi dağıntılara məruz qalıb. Dağıntıların miqyası həddən artıq böyükdür.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu Ağdamda səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının Arxiologiya və Etnoqrafiya İnstitunun şöbə müdiri, Qarabağ arxioloji ekspedisiyasının rəhbəri Arif Məmmədov deyib.
A.Məmmədov bildirib ki, Pənahəli xanın türbəsi, İbrahim Xəlil xanın türbəsi, Nataxan xanımın türbəsi, Mehdiqulu xanın türbəsi, İmarət qəbirsanlığı haqda geniş məlumatlar var, məqalələr dərc olunub: “Ancaq bu gün gəlib görürük ki, bunlar hamısı dağıdılıb. Bütün bunlara baxmayaraq tezliklə onların əvvəlki görüntüləri bərpa ediləcək”.