Xəbər - İlhamə İsabalayeva – Trend:
İşğal ərzində Azərbaycanın 54 328 hektar meşə ərazisi məhv edilib.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, işğaldan əvvəl meşə ilə örtülü sahələrin sahəsi 228 794 hektar olub. İşğaldan sonra isə meşə ilə örtülü sahələrin sahəsi 174 466,8 hektara çatıb.
F.Əliyev əlavə edib ki, işğaldan azad edilən ərazilərdə yaşıllaşdırma işlərinə başlanılıb: “Qubadlıda tut tingləri əkilib. Bu, o deməkdir ki, insanlar oraya köçdükdə baramaçılıqla məşğul ola biləcəklər”.