İsfahanda silahlı insident: 4 nəfər öldü

İsfahanda silahlı insident: 4 nəfər öldü

Avqustun 18-i gecə saatlarında İsfahan şəhərində silahlı qarşıdurma olub.

AzerTimes xəbər verir ki, bu barədə İsfahan əyalətinin polis idarəsi məlumat yayıb.

İnsident nəticəsində iki polis zabiti və hücum edən şəxslərdən ikisi ölüb.

Öldürülən polis zabitlərinin Əmir Hüseynzadə Əhmədi və Məhəmməd Ehsan Şərifi olduğu açıqlanıb.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Teqlər: