

İsfahan əyalətinin Hərənd rayonunda polis qüvvələrinin etiraz aksiyası keçirən əkinçilərə hücumu nəticəsində ən azı 50 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Hərənd şəhərinin Əkinçilər Birliyinin başçısı Hüseyn Məhəmmədi məlumat yayıb.
O, yaralıların çox olduğunu, onlardan xəstəxanalara yerləşdirilən 50 nəfərin kimliyini müəyyən edə bildiklərini deyib.
Qeyd edək ki, isfahanlı əkinçilər və kənd təsərrüfatı sahəsində çalışan minlərlə insan bir neçə gündür əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan su payının verilməməsinə görə etiraz aksiyaları keçirirlər.