İsfahan əyalətinin Səmirom rayonunun Sisəxt bölgəsində dağlıq ərazidə qar uçqunu meydana gəlib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Dispetçer qruplarının ilkin məlumatına görə, 2 nəfər ölüb, 20-dən çox insan uçqun altında qalıb.
Onların xilas edilməsi üçün axtarışların davam etdiyi bildirilir.