İyunun 15-i gecə saatlarında İsfahan həbsxanasının qarşısında yerləşən nəzarət postuna naməlum silahlı şəxslər hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, “Kalaşnikov” və “Vinçester” silahlarından atəş açan şəxslər motosikletlə hadisə yerindən qaçıblar.
İtkilər barədə açıqlama verilməyib.
Hücum edənlərin saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri aparılır.