İSESKO işğaldan azad edilmiş ərazilərə ikinci beynəlxalq texniki missiya göndərəcək.
AzerTimes xəbər verir ki, bu, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
“Hazırda İSESKO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təkil olunması üzərində çalışır”, – qurumun Baş direktorunun məktubunda qeyd edilib.