İşə qəbul zamanı veteran və müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Veteranlar və müharibə iştirakçıları hələlik imtiyazlı qrupa daxil edilməyib.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, qanunvericliyə edilən son dəyişikliklə şəhid ailəsi üzvləri imtiyazlı qrupa daxil ediliblər.

M.Abbasbəyli qeyd edib ki, özünüməşğulluq proqramında iştirak üçün edilən müraciətlər zamanı əlillərə imtiyazlı qrup olaraq, yanaşılır:

“Özünüməşğulluq proqramına cəlbi ilə bağlı müraciətlərin sayı kifayət qədər çoxdur. Bu iş kvota şəklində bölgülər həyata keçirilir. Lakin burada hansısa kateqoriyadan olan vətəndaşlarımız üçün ayrıca kvota qəbul olunmur. Lakin müraciət olunduğu halda əlillərimiz üstün hüquqa malikdirlər. Biz əlilləri digər vətəndaşlarla müqayisədə daha imtiyazlı şəkildə qəbul edə bilirik”.

Teqlər: