İşdən çıxarılan mətbuat katibi Ağ Evdən soyuducu oğurladı

İşdən çıxarılan mətbuat katibi Ağ Evdən soyuducu oğurladı

Son günlərdə gözlənilmədən işdən azad edilən Ağ Evin mətbuat katibi Şon Spayser soyuducu oğurluğunda ittiham edilir.  

Şon Spayser Ağ Evi tərk edərkən işçilərdən köməkçisi vasitəsilə istifadə etdikləri mini-soyuducunu ona bağışlamağı xahiş edib, lakin rədd cavabı alıb. Axşam 8 radələrində isə işçilər Ağ Evi tərk edəndən sonra soyuducunu özü ilə aparıb. Hadisəyə işi gec tərk edən işçilərdən biri şahid olub.

Hadisə sosial mediada böyük marağa səbəb olub və insanlar keçmiş mətbuat katibini lağa qoyublar. Hətta yazıçı İvan Hernandez bildirib ki, Spayserin qaranlıqda soyuducunu oğurlayarlən çəkilmiş şəklinə 1 milyon dollar ödəməyə hazırdır.

Qeyd edək ki, Şon Spayser 6 ay idi Ağ Evin mətbuat katibi kimi çalışırdı və prezident Donald Trampla yaranan fikir ayrılığına görə işdən azad edilib.

sean-spicer