İşdən çıxarılan gömrük generalları… – Dosye

İşdən çıxarılan gömrük generalları… – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsində iki sədr müavini – Əsgər Abdullayev və İqbal Babayev vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, Əsgər Həsən oğlu Abdullayev 1963-cü il iyul ayının 26-da Naxçıvan MR Babək rayonun Nehrəm kəndindən anadan olub.

1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1985-1996–cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.

1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Gömrük xidməti general-leytenantıdır.

Ailəlidir, 2 övladı var.

İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.

1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Milli Universitetinin (KİMMU) Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə KİMMU-da texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru, 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru elmi dərəcələrini alıb.

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2018-ci il 6 iyul tarixindən Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Gömrük xidməti general-mayorudur.

Ukrayna, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Teqlər: