Bundan sonra “Əmək və Məşğulluq” altsisteminə daxil olan bütün
vakansiyaların hər birini sistemdə görmək mümkün olacaq.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin
sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib: “İşaxtaran
özü haqqında bütün məlumatları qeyd edəcək, işə götürən də öz
tələblərini daxil edəcək. Bundan sonra insan amili olmadan iş
axtaranlar şəffaf şəkildə istədikləri işi tapa biləcəklər.
Bu sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı,
işçilərin hüquqlarının pozulması minumuma endiriləcək. Əmək
bazarının bütün meyilləri formalaşacaq”, – Sgentlik sədri qeyd
edib.
M.Abbasbəyli virtual peşə hazırlığı mərkəzinin yaradıldığını da
vurğulayıb. O, deyib ki, insanlar hər hansı yerə getmədən peşə seçə
biləcəklər.