Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı
267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilərək hüquq
pozuntusuna yol verən işəgötürənlər barəsində 1.339.300 manat
cərimə tətbiq olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik
məlumatında qeyd olunub.
Məlumatda qeyd edilib ki, Azərbaycanda məcburi əmək cinayətinin
profilaktikasında mühüm rolu olan qeyri-formal məșğulluğun ləğvi
sahəsində görülən tədbirlərlə işçilərlə işəgötürənlər arasında
793.258 əmək müqaviləsinin bağlanılması təmin edilib.