Xəbər - Samir Əli – Trend:
Azərbaycan Respublikasının Baş Prokurorluğuna əmək hüquqlarının
pozulmasına dair vətəndaş ərizələri və ƏƏSMN Dövlət Əmək
Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar
aparılıb.
Baş Prokurorluğunun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış
araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında
müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və «D.Fruits Kəndli
Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida
məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda
şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən
olunub.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi
(kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və
308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri
ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün
Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına
göndərilib.
Eyni zamanda, aşkar edilmiş inzibati xətalara görə icraatlar
başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə
göndərilib.