İşçi qrupunun yeri və vaxtı razılaşdırılır – Overçuk

İşçi qrupunun yeri və vaxtı razılaşdırılır – Overçuk

Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyən ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu gün üçtərəfli formatda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılır”, – Overçuk deyib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupun növbəti təkbətək görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra qəbul olunacaq.

Teqlər: