İş yoldaşını sükan arxasında güllələdi

İş yoldaşını sükan arxasında güllələdi

Gəncədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsünün güllələnməsi nəticəsində maşın aşıb.

AzerTimes xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

“İyunun 10-da, saat 15 radələrində bir nəfərin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub”, – məlumatda bildirilib.

Teqlər: