Dəbdəbəli geyimlər və aksessuarlar istehsalçısı olan LVMH şirkətlər qrupunun təsisçisi və prezidenti Bernard Arnaultun sərvəti sentyabrın 26-da 17 milyard dollar artaraq 201 milyard dollara yüksəlib.
AzerTimes FED.az-a istinadla xəbər verir ki, sentyabrın 26-da səhər saatlarında Bernard Arnault sərvət itkiləri üzrə lider idi – 2024-cü ilin əvvəlindən onun sərvəti 24 milyard dollar azalıb.
Budəfəki artım dəbdəbəli əşyaların ən böyük bazarı sayılan Çində hökumətin verdiyi yeni qərarla bağlıdır.
Çin rəsmiləri fiskal xərcləri dəstəkləyəcəklərini və hazırda çətin durumda olan daşınmaz əmlak sektorunu sabitləşdirməyi vəd ediblər. Hökumətin iqtisadi artımı stimullaşdırmaq üçün gücləndirilmiş tədbirləri elan etməsindən sonra hər şey dəyişib.
Belə ki, Parisdəki “Euronext” birjasının məlumatına görə, LVMH-in səhmləri sentyabrın 26-da 9,9% artaraq hər səhmə 678,5 avroya çatıb. Nəticədə, Bernal Arnonun sərvəti dərhal 17,1 milyard dollar artıb və 201 milyard dollara yüksəlib. Hazırda o, 202 milyard dollar sərvəti ilə zəngin insanların dünya reytinqində üçüncü yeri tutan Mark Zukerberqə yaxınlaşıb.