İş adamından Rəşad Dağlıya 17 min manatlıq dəstək

İş adamından Rəşad Dağlıya 17 min manatlıq dəstək

Meyxanaçı Aqşin Fateh sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

AzerTimes xəbər verir ki, o, şəxsi İnstaqram hesabında paylaşdığı videoda Gürcüstanda yaşayan soydaşlarımızdan birinin (iş adamı) həbs olunan həmkarı Rəşad Dağlıya maddi yardım göstərmək istəyini deyib.

Sözügedən şəxsin Rəşada 10 min dollar ( 17 min AZN) göndərəcəyi qeyd edilib. Fateh həmin videonu sosial şəbəkə hesabında paylaşdıqdan sonra silib.

Daha sonra İnstaqramda Gürcüstanda iştirak etdiyi toydan görüntülər paylaşıb.

Qeyd edək ki, 5 gün əvvəl qonşusu İsgəndər Mehdiyevi öldürən Rəşad Əmirovla bağlı 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Teqlər: