İş adamı Maqsud Mahmudovun məhkəməsi başladı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 91 nəfər zərərçəkmiş var.

Teqlər: