İş adamı girov götürdüyü qədim qızıl saatı mənimsəyib – Məhkəmə

Dələduzluqda təqsirləndirilən, Ukraynada saxlanılaraq
Azərbaycana gətirilən Maqsud Mahmudov qədim qızıl saatı
mənimsəyib.

AzerTimes-ın məlumatına görə, bu fakt bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində keçirilən prosesdə məlum olub.

Prosesdə ifadə verən zərərçəkmiş Nadir Mahmudov bildirib ki, o
Maqsud Mahmudovun sahibi olduğu lombarda anasından yadigar qalan
qızıl saatı qoyub: “Anamdan mənə qədim qızıl saat qalmışdı. Həmin
saatın qızıl kimi qiyməti 1500-2000 manat olsa da qədimliyinə görə
çox qiymətli idi. Həm də o mənim üçün çox dəyərli əşya idi. 3 il o
saata görə mən Maqsud Mahmudovun lombardına faiz ödəmişəm. Sonradan
əsas pulu ödəsəm də, saatı bu günə qədər ala bilməmişəm. Mən həmin
saatı tələb edirəm”.

Təqsirləndirilən şəxs Maqsud Mahmudov isə bildirib ki, Nadir
Mahmudov götürdüyü pula görə faizi ödəməyib.

“Nadir saatı gətirib girov qoyub pul götürsə də, sonradan bir
neçə ay faizi ödəməyib. Əgər pul ödənilmirdisə, əmlak 3 aydan sonra
satışa çıxarılır. Həmin 3 ay müddət keçdiyi üçün də girov qoyulan
saat satışa çıxarılıb”.

Teqlər: