İrlandiyaya gələnlər xüsusi otellərdə karantina yerləşdiriləcək

İrlandiyadakı bir sıra otellər yerli hakimiyyət orqanları tərəfindən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xaricdən gələn vətəndaşları təcrid etmək üçün istifadə ediləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu İrlandiya hökumətinin baş nazirinin müavini Leo Varadkar milli RTE telekanalına müsahibəsində deyib.

Müvafiq qanun layihəsinin qəbul edilməsinə gəlincə Varadkar bildirib: “Otellərdə məcburi karantin təşkili haqqında qanun gələn həftə hazır olacaq”..

Teqlər: