İrlandiyanın baş naziri Mihol Martin koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə İrlandiyanın ABŞ-dakı
səfirinə istinadən “The Irish Times” qəzeti xəbər yayıb.
Qəzetin məlumatına əsasən, M.Martin Vaşinqtonda koronavirus
testi verib və onun testinin nəticəsi müsbət çıxıb. Ondan əlavə
İrlandiyanın ABŞ-dakı nümayəndə heyətinin bir üzvünün də testinin
nəticəsi müsbət olub.
Qeyd edilir ki, bununla əlaqədar İrlandiya baş nazirinin ABŞ
Prezidenti Cozef Bayden ilə görüşü təxirə salınacaq.