İrlandiya BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini maliyyələşdirmək üçün əlavə 10 milyon avro (təxminən 10,7 milyon dollar) və BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisinə 3 milyon avro (təxminən 3,2 milyon dollar) ayıracaq.
AzerTimes xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Leo Varadkar Qəzza zolağında humanitar vəziyyətə həsr olunmuş konfransda bildirib.
Varadkar əlavə edib ki, İrlandiya da ilin sonuna qədər beynəlxalq humanitar təşkilatların vəsaitlərinə əlavə töhfə vermək niyyətindədir.