İrlandiya ilə oynayacaq heyət

İrlandiya ilə oynayacaq heyət

DÇ-2018-in seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu üçün heyətlər müəyyənləşib.

UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq.

Azərbaycan: Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Rəşad Sadıqov (k), Maksim Medvedev, Bədavi Hüseynov, Cavid Hüseynov, Riçard Almeyda, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Araz Abdullayev, Eddi İsrafilov, Namiq Ələsgərov, Ruslan Qurbanov, Ruslan Abışov, Emin Mahmudov, Ağabala Ramazanov, Rahid Əmirquliyev, Tərlan Quliyev

Şimali İrlandiya: Mixael Makqoven, Konor Maklofin, Qaret Makoli, Conni Evans, Stiven Devis (k), Liam Boys, Kris Brunt, Stüart Dallas, Oliver Norvud, Aaron Hyuz, Coş Makkeniş

Ehtiyat oyuçular: Alan Mannus ,Roy Kerrol , Şeyn Ferqyusson,Tom Flanqan, Nial Makgin,Kayl Lafferti,Daniel Lafferti, Pol Paton, Metyu Lund,Simus Makkartan, Li Hodson, Adam Tompson

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç mundiala vəsiqə şansını saxlamaq baxımından böyük əhəmiyyət kəsb edir. C qrupunun lideri Almaniya yığmasının büdrəyəcəyi real olmadığından, digər kollektivlər üçün əsas hədəf 2-ci pilləni tutub, pley-off mərhələsinə vəsiqə əldə etməkdir.

Hazırda Şimali İrlandiya 10 xalla Bundestimin ən yaxın izləyicisi statusunu daşıyır. Lakin Bakıdakı dueldən sonra vəziyyət dəyişə bilər. Hesabında 7 xal olan Azərbaycan yığması qalib gələcəyi halda 2-cilik ehtimalını artıracaq.

Daha əvvəl DÇ-2006 və DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə rəqib olan Şimali İrlandiya yığması Bakıda qələbə üzü görməyib. 2004-cü il oktyabrın 9-da 0:0 hesablı heç-heçə qeydə alındığı halda, 2013-cü il oktyabrın 11-də “Bakcell Arena”da baş tutan matçda Berti Foqtsun rəhbərlik etdiyi yığma britaniyalıları 2 cavabsız qolla üstələyib.

Lakin səfər qarşılaşmaları ilə bağlı statistika rəqibin lehinədir. Əvvəlki iki tsikldə ümumilkdə 4 xal qazanan (2:0, 1:1) Şimali İrlandiya cari seçmə mərhələdə Belfastda 4:0 hesablı qələbəyə sevinib.